Güləşçilərin maaşları ödənilib
13:20 - 10 Avqust 2017 - Xəbər
Güləş üzrə Azərbaycan yığma komandalarının üzvlərinin maaşları ödənilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat veriblər.
Bildirib ki, güləşçilərlə yanaşı milli komandalarda fəaliyyət göstərən digər şəxslərin də pulları verilib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan güləşçiləri 14 ay əmək haqqlarının verilməməsi ilə əlaqədar etiraz aksiyası keçirmişdilər.