Avqustun 9-da Bakıda rekord isti qeydə alınıb

11:11 - 10 Avqust 2017 - Xəbər

Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 9-da Abşeron yarımadasında  40-41, Bakı şəhərində isə 43 dərəcə isti qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, nəticədə 2015-ci il avqustun 2-də müşahidə olunmuş 41 dərəcəlik rekord göstərici təzələnib. Əksər rayonlarda havanın maksimal temperaturu 35-40 dərəcə olub, bəzi yerlərdə 43 dərəcəyədək isti qeydə alınıb.

Xəbər xətti