“Yaşa, yarat, öz işinlə cəmiyyətə örnək ol!”

11:51 - 10 İyun 2017 - Cəmiyyət

“Gənc və Yeniyetmələrə Psixo-Sosioloji Kömək” Xeyriyyə Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə “Yaşa, yarat, öz işinlə cəmiyyətə örnək ol!” layihəsi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib. Tədbirdə layihənin mahiyyəti haqda  əlilliyi və sağlamlıq imkanı məhdud olan gənclərin xüsusi istedadlarının üzə çıxarılması və yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsinin vacib olduğunu, həmçinin əlilliyi və sağlamlıq imkanı məhdud olan gənclərin təhsildə geridə qalma səbəblərinin araşdırılaraq onların təhsil imkanlarının artırılması vurğulanmışdır. 
Əlilliyi və sağlamlıq imkanı məhdud olan gənclərin əksəriyyətinin özünü təkliyə məhrum edərək özünə qapanma halları ucbatından cəmiyyətdən təcrid olunaraq tənha yaşamaları onların təhsil almalarına da mane olur. Belə ki, bəzən valideynlər əlil və sağlamlıq imkanı məhdud olan uşaqlarını hamıdan gizlədərək, hətta onların təhsil almalarına da mane olması problemi qabardılmisdir.
Layihə çərçivəsində də əsas prioritet məsələ əlilliyi və sağlamlıq imkanı məhdud olan gənclərin təhsildən geridə qalma səbəblərinin aşkara çıxarılaraq onların təhsil imkanlarının artırılması və malik olduqları qabiliyyətlərin üzə çıxarılaraq inkişaf etdirilməsi əsas  müzakirəpredmeti olmuşdur . Layihənin əsas vəzifələri kimi aşağıdakılar müəyyən olunmuşdur.
- əlilliyi və sağlamlıq imkanı məhdud olan gənclərin təhsildən geridə qalma səbəblərinin aşkar olunması istiqamətində tədqiqatların aparılması
- əlil və sağlamlıq imkanı məhdud olan gənclərin təhsil imkanlarının artırılmasının ən optimal variantlarının seçilməsi
- əlilliyi və sağlamlıq imkanı məhdud olan gənclərin evdə təhsildən yaranan cəmiyyətdən təcrid olunma səbəblərinin aşkara çıxarılması və onların cəmiyyətə adaptasiya olunması istiqamətində yollar və vasitələr axtarılaraq cəmiyyətə adaptasiyalarının təmin edilməsi
- əlilliyi və sağlamlıq imkanları məhdud olan gənclərə İKT bacarıqlarının aşılanması
 
Tədbirdə yerli dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, media qurumlarının nümayəndələri və ekspertlər dəvət olunmuşdur . Dəyirmi masada bütün maraqlı tərəflərin nümayəndələrinin iştirak etmişdir. 

Xəbər xətti