Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Şimali İrlandiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra brifinq keçirib. 20 yaşlı hücumçu əvvəlcə oyunu dəyərləndirib...
- Daha yaxşı çıxış edirdik. Amma son saniyələrdə qol buraxdıq. Belə alındı. Bu, futboldur.
- Qol imkanlarınızdan yararlana bilməməyinizə nə mane oldu?
- Daha çox işləmək lazımdır ki, belə vəziyyətlərdən yararlana bilək və qalib gələk.
- Təkbətəkdən qolu niyə vura bilmədiniz? Top ayağınıza oturmadı?
- Xeyr, adi qaydada zərbə endirdim. Sadəcə, top qapıya getmədi. Yenə deyirəm, daha çox işləməliyik ki, belə vəziyyətlərdən də yararlana bilək.
- Demək olarmı ki, Şimali İrlandiya ilə görüşdən xalla ayrılmaq olardı?
- Bəli, 100 faiz belədir. Daha yaxşı oynayırdıq.
- Nəticəni ədalətsiz sayırsınız?
- Demək olmaz ki, ədalətsiz nəticədir. Bunu Allah bilir. Sadəcə, belə alındı.
- Sonadək mübarizə aparacaqsınız?
- Nə etmək olar? Futbolu buraxaqmı? Əlbəttə, mübarizə aparacağıq. Hələ evdə 2 oyunumuz qalıb. Niyə də yox?! Azarkeşlər, özümüz, əzizlərimiz və yaxınlarımız, ölkəmiz üçün oynamalıyıq.
- Növbəti mövsümü harada keçirəcəksiniz?
- “Jilina”da.