12 iyun tarixində "İnkişaf Zamanı" proqramı çərçivəsində "MitOst"un dəstəyi ilə "ŞİDDƏT" adlı fotosərgi keçiriləcək.
"Şiddətə yox" adlı layihə çərçivəsində keçirilən sərginin başlıca məqsədi cəmiyyətimizdə baş alıb gedən və minlərlə insanın zərər çəkməsinə səbəb olan fiziki şiddətin qarşısını qisməndə olsa almaq, bu kimi halların insan psixologiyasına göstərdiyi təsirləri qabardaraq insanları şiddət göstərməkdən daşındırmaqdan ibarətdir.
Sərgiyə hər kəs dəvətlidir.
Layihə rəhbəri: Nisa Rahimova
Fotoqraf: Taleh Valehov
Qrim: Farida Abbasova
Tarix: 12 İyun 2017 Saat 17:00 -19:30
Ünvan: Mirzə İbrahimov küç 1.
"La Shamse Cafe"
(Fəvvarələr Meydanının yanı)
Giriş sərbəstdir