Natiq Əliyev II Fəxri Xiyabanda dəfn olunacaq

14:49 - 9 İyun 2017 - Xəbər

Ötən gün İstanbulda dünyasını dəyişən energetika naziri Natiq Əliyev II Fəxri Xiyabanda torpağa tapşırılacaq. Bunu nazirliyin mətbuat katibi Zəminə Əliyeva bildirib. "Mərhum energetika naziri Natiq Əliyevlə vida mərasimi sabah saat 12.00-da “Şəhriyar” adına mədəniyyət klubunda keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq", - deyə o qeyd edib.Apa

Xəbər xətti