Zabrat-Maştağa avtomobil yolunda rənglənmə işləri aparılır

11:23 - 9 İyun 2017 - Xəbər

Zabrat-Maştağa avtomobil yolunun Heydər Əliyev prospekti ilə kəsişməsindən Zabrat dairəsinə qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Bu barədə Ucnoqta.az-a "Azəravtoyol" ASC-dən bildirilib. Məlumatda deyilir ki, bununla əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə məhdudlaşdırılaraq digər hərəkət zolaqlarına yönəldiləcək. "Azəravtoyol" sürücülərdən sözügedən ərazidə diqqətli hərəkət etmələrini tövsiyyə edir. Qeyd edək ki, üfuqi nişanlanma xətlərinin çəklişi işləri bu gün axşam saatlarına qədər tam yekunlaşdırlacaq.

Xəbər xətti