Hüseynbala Mirələmovun vəziyyəti stabildir- Açıqlama

16:35 - 8 İyun 2017 - Xəbər

Millət vəkili Hüseynbala Mirələmov insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Mərkəzi Klinik Xəstəxanasından APA-ya verilən xəbərə görə, hazırda deputatın müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti stabildir. 
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun səhhətində problem yaranıb. Beyindaxili təzyiqdən əziyyət çəkən deputat iki gün əvvəl ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib

Xəbər xətti