Azərbaycan nümayəndə heyəti informasiya texnologiyaları sərgisi ilə tanış olub

16:24 - 8 İyun 2017 - Xəbər

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir. DGK Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə,  Tbilisidə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfrans və sərgisində iştirak edən nümayəndə heyəti informasiya texnologiyaları sərgisinə baxış keçirib, sərgidə nümayiş olunan gömrük nəzarətinin təşkili prosesində  tətbiq edilən ən müasir innovativ yeniliklər,  texniki nəzarət vasitələri ilə tanış olublar.

 


Xəbər xətti