Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb
Bakıda 5 yaşlı uşağı elektrik cərəyanı vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 5-də Xəzər rayonunun Binə qəsəbəsində 5 yaşlı Aysu Abbasovanı evlərinin həyətində elektrik cərəyanı vurub. Xəstəxanaya yerləşdirilən uşaq iyunun 7-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.