Amerikanın "Delta" aviaşirkətinə məxsus Yaponiyanın paytaxtı Tokiodan Detroyta uçan təyyarə havaya qalxdıqdan sonra geri qayıtmağa məcbur olub. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə ilə bağlı açıqlama yayan Yaponiyanın Nəqliyyat Nazirliyi təyyarənin mühərrikində problem olduğunu qeyd edib. 276 saylı reysi həyata keçirən təyyarənin göyərtəsində 310 sərnişin və 17 ekipaj üzvü olub. İnsidentlə əlaqədar xəsarət alan olmayıb. Geri qayıdan təyyarəyə baxış keçirilib və mühərrikin üst səthində 1х5 santimetr ölçüsündə deşik aşkar edilib. Uçuşdan öncə texniki yoxlamadan keçən təyyarədə heç bir problem olmadığı bildirilib.