CAR-da fırtına nəticəsində azı 8 nəfər ölüb

10:50 - 8 İyun 2017 - HADİSƏ

Cənubi Afrika Respublikasının 2-ci böyük şəhəri Keyptaunda baş verən fırtına nəticəsində azı 8 nəfər ölüb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Assoşieyted Press agentliyi xəbər verir. Məlumata görə, ölkənin cənub-qərb sahillərini güclü leysan və güclü külək bürüyüb. Keyptaunun bəzi rayonları tamamilə evakuasiya olunub. Güclü külək nəticəsində bəzi rayonlarda ciddi yanğınlar baş verib. Keyptaunun əsas avtomobil magistralı bağlanıb. 

Xəbər xətti