Bu gün Babək prospektində yerləşən və “Maşın bazarı” kimi tanınan ərazidə fəaliyyət göstərən sahibkarlar etiraz aksiyası keçirir. Dükanlarını bağlayan sahibkarlar bazar rəhbərliyinin icarə haqlarını artırmasına etiraz edirlər. Bundan əlavə, vergi adı ilə yığılan pullarının məbləğinin iki dəfə artırılması, şəxsi avtomobillərlə bazara giriş zamanı əvvəllər tələb olunan 1 manatın artırılaraq həftə sonları 2 manata qaldırılması, avtomobil təkəri ticarəti ilə məşğul olan sahibkarlardan bazara gətirilən hər təkərə görə 1 manat tələb edilməsi etiraz doğurub.
Hazırda bazarda iş fəaliyyəti dayanıb və sahibkarlar bazarın qarşısında yığışaraq bu durumun dəyişməsini tələb edirlər. Əraziyə polis əməkdaşları cəlb edilib. Hazırda hər hansı insident müşahidə edilmir.avtosfer