DİN 3 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb

13:17 - 7 İyun 2017 - Xəbər

Daxili İşlər Nazirliyi (DİN) Hacıqabulda baş verən yol qəzası ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 7-də saat 2 radələrində Hacıqabul şəhərində Ucar rayon sakini Habil Abdullayev idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinlərindən anası Gülzar, qardaşı Samir hadisə yerində ölüb, digər 1 sərnişin isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti