“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının üçüncü cildinin təqdimatı keçiriləcək
İyunun 7-də saat 14.00-da Beynəlxalq Mətbuat Mərkəzində Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının üçüncü cildinin təqdimatı keçiriləcək.
Azərbaycan Mətbuat Şurasının, Bakı Dövlət Universitetinin və «Azərbaycan» qəzetinin birgə təşkilatçılığı ilə gerçəkləşdiriləcək toplantıda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin baş redaktorları, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Kitabdakı materialları araşdırıb toplayan, yazıların 145-dən 110-nu ərəb əlifbasından latın əlifbasına çevirən professor Şirməmməd Hüseynov, nəşrin transliterasiya redaktorları professor Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.