İran parlamentində bir neçə nəfər girov götürülüb. “Report” “Tasnim”a istinadən xəbər verir ki, hazırda parlamentdə atışma gedir. İran parlamentinin Tehrandan olan deputatı İlyas Həzrəti bildirib ki, iyunun 7-də ikisi avtomat “Kalaşnikov”, biri isə tapança ilə silahlanmış 3 naməlum şəxs İran parlamentinin mühafizə xidmətinin əməkdaşları ilə atışmağa başlayıb. Məlumata görə, onlar mühafizəçilərin ayaqlarına atəş açıblar. İlkin məlumata görə, 3 nəfər ayağından yaralanıb. Deputat Rəncbərzadə isə bildirib ki, hücum edənlərdən biri tutulub, yaralı mühafizəçi isə ölüb.