Prezident KİV DF Müşahidə Şurasına üzvlər təyin etdi -SƏRƏNCAM

20:54 - 5 İyun 2017 - Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.  Sərəncama əsasən aşağıda adı olan şəxslər KİVDF-nin Müşahidə Şurasının üzvləri təyin ediliblər: Dövlət orqanlarından: Quliyev Cəmaləddin Həsən oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Həsənov Rasim Aydın oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri Hümbətov İntiqam Rəsul oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Kütləvi informasiya vasitələrindən: Həsənov Həsən Zal oğlu - “Xalq qəzeti”nin baş redaktoru Hüseynov İlqar Məmməd oğlu - “Trend” İnformasiya Agentliyinin baş direktoru Quliyev Bəhruz Vaqif oğlu - “Səs” qəzetinin baş redaktoru Jurnalist təşkilatlarından: Əskərov Ramiz Baxşəli oğlu - Azərbaycan Jurnalistlər Birliyinin baş katibi Mirzəyev Ayaz Nizami oğlu - “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Rüstəmov Əvəz Cahangir oğlu - “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri. Sərəncama əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 iyun tarixli 2923 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 661) 1-ci hissəsi ləğv edilib.

Xəbər xətti