Türkiyənin məşhur müğənnisi Dəniz Səki azadlığa çıxıb. Müğənni ilk açıqlamasında dincəlmək istədiyini bildirib: "Xoşbəxtəm, dincəlmək istəyirəm". Qeyd edək ki, narkotik maddə alverində təqsirləndirilən sənətçi üç il Bakırköy Kadın Kapalı Ceza İnfaz Kurumunda cəza çəkib.( "Report")