Quba rayonu üzrə 5258 nəfərə şəxsiyyət vəsiqəsi verilib

16:09 - 5 İyun 2017 - Xəbər

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
Şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə növbəti belə tədbirlər Quba rayonunda baş tutub. 
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən səyyar xidmətlər zamanı ümumilikdə 696 nəfər, o cümlədən rayonun Vladimirovka kəndində 105, Xucbala kəndində 121, Alekseyevka kəndində 152, Zərqava kəndində 93, Talabıqışlaq kəndində 90, Xınalıq kəndində 77, Amsar kəndində 58 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib

Qeyd edək ki, ilin əvvəlindən iyun ayının 1-dək rayon üzrə 5258 nəfərə şəxsiyyət vəsiqəsi verilib.  Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Xəbər xətti