"Emmanuel Makron Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin zənginliyini anlayır". Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, bu sözləri Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez yeni prezident Emmanuel Makronun Azərbaycanla münasibətlər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi barədə suala cavabında deyib.
Səfir bildirib ki, yeni dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdır: "O, münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək. Həmişə olduğu kimi, Fransada yeni seçilmiş prezidentin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi mövcud problemin sülh yolu ilə həllinə yönəlmiş olacaq. Bu məsələdə Minsk qrupunun rolunu qeyd etmək istəyirəm. Əsas prioritet problemin sülh yolu ilə həllini tapmaqdır".