Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

17:04 - 2 İyun 2017 - Xəbər

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərini gücləndirilmiş rejimdə davam etdirilməsi ilə bağlı trekin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Belə ki, Xəqani küçəsinin Azadlıq prospekti ilə Rəşid Behbudov küçəsi arasındakı hissəsi iyunun 3-ü səhər saat 05:00-dan iyunun 4-ü gecə saatlarınadək bağlı olacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti paytaxt sakinlərindən yarışa hazırlıq işlərinin görülməsi nəticəsində yaranmış müvəqqəti narahatlığa görə üzrə istəyir, mövsümün ən baxımlı Formula 1 yarışının reallaşmasında göstərdiyi böyük dəstəyə və anlayışa görə dərin minnətdarlığını bildirir.

Xəbər xətti