İşlənilmənin əvvəlindən “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 428,4 mln. ton neft və 133 mlrd. kubmetr qaz hasil edilib. Bunu bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz - “Caspian Oil&Gas” konfransının ikinci günündə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, artıq 18 ildir ki, AÇG iştirakçıları mənfəət nefti əldə edirlər: “2017-ci ilin iyunun 1-dək dünya bazarlarına Azərbaycanın payına düşən 240 mln. ton mənfəət nefti satılıb.Apa