“Şahdəniz-2” üçün inşa olunan yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin iyunun 1-də Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yola salınması mərasimi olub.“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.