Növbəti əfv sərəncamı veriləcək

17:17 - 31 May 2017 - Xəbər

15 iyun Qurtuluş günü  və ya 18 oktyabr Dövlət Müstəqilliyi günü ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir. Ucnoqta.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova deyib.
“Artıq biz sənədləri toplayırıq və həmin sənədlərə baxırıq. Mən hesab edirəm ki, artıq növbəti əfv sərəncamının vaxtı çatıb. Bununla bağlı müəyyən işlər görülür. Ona görə də deyə bilərəm ki, 15 iyun və ya 18 oktyabr tarixlərinin birində əfv sərəncamı veriləcək. Bununla da daha bir qrup məhkum azadlığa qovuşacaq”.

Xəbər xətti