Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında vitse-spiker Ziyafət Əsgərov BAXCP sədri, deputat Qüdrət Həsənquliyevə xəbərdarlıq edib.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı Q.Həsənquliyev deyib ki, bəzi məhkəmələrin hakimləri hökmlərini hərraca çıxarırlar: “Cərimələrin artırılması bu sahədə məsələləri tənzimləmir. Bununla da bəzi hakimlər qanunsuzluq edəcəklər”.
MM sədrinin birinci müavini Ziyafət Əsgərov isə buna etiraz edib. O deyib ki, bu cür yanaşma doğru deyil: “Qanunsuzluq edən hakimlər vəzifəsindən kənarlaşdırılır. Bu cür iddianı səsləndirərkən məsuliyyətli olmaq lazımdır”.