“Azərbaycanı məyus edəcək hücumçularımız var"

14:30 - 31 May 2017 - İDMAN

"Konor Uord və Ceymi Vaşinqton Norveçlə oyunu yüksək səviyyədə keçirmişdilər. Azərbaycanla vacib qarşılaşmada onların yoxluğuna çox üzülürəm”. Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil deyib.
Bakıda millimizin qonağı olacaq Şimali İrlandiya yığması oyuna ciddi itkilərlə çıxacaq. Komandanın aparıcı üzvləri Konor Vaşinqton, Ceymi Uord və Uill Qriqq zədə səbəbindən yığmaya çağırılmayıblar.
Baş məşqçi bu itkilərə baxmayaraq, komandasına güvəndiyini bildirib. O, artıq zədəli hücumçuların əvəzləyicilərini də müəyyənləşdirdiyini qeyd edib: “Kayl Lafferti yaxşı formada deyil. Buna görə də Boys və Maqennisə güvənmək fikrindəyəm. Boys son vaxtlar əla formadadır. Magennisin nəyə qadir olduğunu isə isə Azərbaycanla Belfastdakı oyunda gördük. Bir neçə yüngül zədə alsa da, uğurlu mövsüm keçirdi. Coş da bizə əlavə güc qata bilər. Digər hücumçumuz Şey Makkartan gənc və təcrübəsiz olsa da, ona da şans verə bilərəm. Bir sözlə Azərbaycanla oyunda rəqibi məyus edəcək, qələbə qollarını vuracaq gücdə hücumçularımız var".

 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya oyunu iyunun 10-u saat 20:00-da başlayacaq.

Xəbər xətti