FIFA Almeyda ilə bağlı qərarını açıqlayıb. Ucnoqta.az AFFA-nın saytına istinadən xəbər verir ki, FIFA-nın müvafiq komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu Riçard Almeydanın milli komandada oynamaqla bağlı müraciətinə baxıb və məsələnin həllini mövcud qaydalara uyğun olaraq AFFA-nın səlahiyyətinə verib. AFFA rəhbərliyinin bu məsələ ilə bağlı müsbət qərarı millinin baş məşqçisinin nəzərinə çatdırılıb.