İstedadlı gənc aşıqlar seçilib

12:48 - 26 May 2017 - Mədəniyyət

Azərbaycanda gənc aşıqların ikinci müsabiqəsinə yekun vurulub. Mayın 20-dən 25-dək davam edən müsabiqə Gədəbəy, Şəmkir, Qazax, Tovuz bölgələrini əhatə edib. Beş gün müddətində həmin bölgələrdən olan gənc istedadlı aşıqlar seçilib. Aşıqlar Birliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan layihənin rəhbəri əməkdar mədəniyyət işçisi Aşıq Ulduz Sönməzdir. Iştirakçıları Aşıq Ulduzun rəhbərlik etdiyi tanınmış aşıqlardan ibarət münsiflər heyəti seçib. Gənc aşıqların müsabiqəsində birinci yerə Kərəm Vəliyev, ikinci yerə Vüqar Qurbanov, üçüncü yerə Coşqun Rəhimov layiq görülüb. Qaliblərə pul mükafatları təqdim edilib. İştirakçılar arasında həvəsləndirici mükafata layiq görülənlər də olub. Onlar Ariz Məhərrəmov, Rövşən Məmmədov və Samir Allahverdiyevdir. Həvəsləndirici mükafat kimi həmin gənc aşıqlara saz hədiyyə edilib. 

Müsabiqənin yekununda Gədəbəydə konsert proqramı keçirilib. Yekun konsert 28 May Respublika Gününə həsr edilib. Aşıq Ulduz deyib ki, növbəti ildə gənc aşıqların müsabiqəsinin respublika üzrə keçiriləcək.

 

Fidan

Xəbər xətti