Nəqliyyat obyektlərində terror aktlarının qarşısı alınıb

15:23 - 25 May 2017 - HADİSƏ

Moskvada nəqliyyat obyektlərində terror aktları törətməyi planlaşdıran 4 nəfər saxlanılıb. Saxlanılanlar İŞİD terror qruplaşmasına mənsub olub. Onların rusiyalı və Mərkəzi Asiya ölkələrinin vətəndaşları olduğu barədə məlumat verilib. Axtarış zamanı həmin şəxslərdə müxtəlif partlayıcılar, odlu silah və sursatlar, ekstremist ədəbiyyat və videoyazılar aşkar edilib. Bu şəxslərin terror aktları törətdikdən Suriyaya getməyi planlaşdırdıqları məlum olub.(Trend)

Xəbər xətti