Bakıda qorxunc hadisə: 6 yaşlı uşağın başına mismar girdi

11:22 - 25 May 2017 - HADİSƏ

Bakıda 6 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 6 yaşlı Əlişah Əzizov həyətdə oynayarkən yıxılıb. Bu zaman onun başına mismar batıb. O, təcili olaraq xəstəxanaya aprılıb və tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti