Bu da Mançesteri qana boyayan terrorçu - FOTO

12:04 - 24 May 2017 - HADİSƏ

May ayının 22-də Böyük Britaniyanın Mançester şəhərində terror aktı törədən gəncin fotosu üzə çıxıb. Terror aktını Liviya əsilli 22 yaşlı Salman Abadinin törətdiyi ehtimal edilirdi. O, özü də partlayış zamanı dünyasını dəyişib. Terrorçu olduğu ehtimal edilən gəncin fotoları bu gün İngiltərə mətbuatında yayımlanıb. "Reuters"in rəsmi mənbələrə istinadla verdiyi məlumata görə, partlayış 21 min insan tutumu olan salonda amerikalı müğənninin son ifasından dərhal sonra baş verib. Partlayıcı maddə  metal parçaları və mismarla dolu olub. Bu da insan tələfatının çox olmasına yol açıb. Xatırladaq ki, "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox şəxs xəsarət alıb. İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Terror aktı nəticəsində ölənlərin əksəriyyəti 16 yaşına çatmamış yeniyetmələrdir. Ən kiçik qurbanın isə 8 yaşı var.(istipress)


Xəbər xətti