Bakıda baş verən silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT

10:59 - 24 May 2017 - Xəbər

Daxili İşlər Nazirliyi (DİN) mayın 23-də Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.DİN-dən verilən məlumata görə, Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tərlan Dadaşov boyun nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

 Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Ramid Rəhimov tutulub. Ondan hadisə törədilərkən istifadə edilən kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəng, 14 ədəd patron və 1 giliz götürülüb.
 
Faktla əlaqədar cinayət işi başlanılıb.

Xəbər xətti