Bakıda gənc oğlan özünü binanın üstündən atıb

10:52 - 22 May 2017 - HADİSƏ

Bakıda gənc oğlan özünü binanın üstündən atıb. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Qala qəsəbəsi İsazadə küçəsi 22 ünvanında yerləşən beşmərtəbəli binada baş verib. Şəxsiyyəti hələlik müəyyənləşməmiş 20-25 yaşlı oğlan özünü binanın damından yerə atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti