Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın güləşçilər mübarizəyə başlayıb. Trend-in məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan təmsilçimiz Mariya Stadnik 1-ci dövrədə əlcəzairli Xeyra Çaima Yahyaui ilə qarşılaşıb.
M.Stadnik rəqibi üzərində vaxtından əvvəl qələbə qazanıb - 10:0.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.