Cəlilabad rayonunda 22 yaşlı oğlan intihar edib. Hadisə rayonun Soltankənd kəndində baş verib. Ucnoqta.az İstiPress-ə istinadən xəbər verir ki, kənd sakini 1995-ci il təvəllüdlü İsgəndərli Raqil İlham oğlu özünü evlərinin tavanından asaraq intihar edib. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Raqil İsgəndərli yenicə nişanlanıbmış.