Yardımlı sakinindən heroin müsadirə olunub

11:19 - 20 May 2017 - Xəbər

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb. DGK Mətbuat Xidmətindən verilən məlumata görə,Komitənin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.
İdarənin əməkdaşları ilə Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və müvafiq əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, Yardımlı rayon Zevin kənd sakini Ağayev Ayəz Güləhməd oğlu saxlanılmış və ondan satmaq istədiyi bir ədəd bağlamada xalis çəkisi 780 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti