Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yarışları davam edir. Qadınlar arasında 10 m platformadam suya tullanma yarışında təmsilçimiz Olqa Bıkovskaya qızıl medal qazanıb.
Bu, Azərbaycanın İslamiadada 60-cı qızıl medalıdır.
İkinci yeri indoneziyalı Della Harimurti, üçüncü yeri isə Sinem Sağlam tutub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.trend