Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhya 21-22 may 2017-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olacaq. XİN-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, səfər çərçivəsində Şeyx Abdullah Bin Zayed Əl Nəhyanın 22 mayda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.