Yaponiyadan cənubi Kurilə ilk təyyarə reysinin vaxtı bəlli oldu

14:40 - 19 May 2017 - Xəbər

Yaponiyadan cənubi Kurilə ilk təyyarə reysinin vaxtı bəlli olub. "Kiodo” agentliyinin məlumatına görə, Yaponiyadan cənubi Kurilə ilk aviareys iyunun 18-də keçirilməlidir. Bu reysdə 70 yapon Kunaşir və İturup adalarına öz doğmalarının məzarlarını ziyarət etmək üçün getməlidirlər. Qeyd edək ki, bu uçuş üçün Rusiya təyyarəsindən istifadə olunacaq. Xatırladaq ki, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinin və Yaponiyanın baş nazir Abe Sindzonun görüşündə bu haqda razılıq əldə olunub.

Namiq

Xəbər xətti