DGK sədri Salyanda vətəndaşları qəbul edəcək

11:34 - 19 May 2017 - ÖLKƏ İÇİ

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev mayın 23-də saat 11:30-da Salyan şəhərindəki  Heydər Əliyev  Mərkəzində (T. Xəlilbəyli küç. 126) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
 DGK Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən-Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
  Qəbulda iştirak etmək istəyən vətəndaşlar mayın 22-si saat 11:30-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Biləsuvar Gömrük İdarəsi (əlaqə telefonu: (025) 295-34-69) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
     

 

Xəbər xətti