Azərbaycan milli komandası iyunun 10-da Şimali İrlandiyaya qarşı keçirəcəyi DÇ-2018-in seçmə mərhələ oyununa hazırlığa başlayıb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təlim-məşq toplanışını komandamız Mərdəkandakı "Dalğa Arena"da keçirir.
Toplanışa milliləşdirilən "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda da dəvət alıb.