Azərbaycanın futbol yığması Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün yarımfinalda Əlcızair komandası ilə qarşılaşıb. Trend-in məlumatına görə, oyuna millimiz fəal başlayıb. 39-cu dəqiqədə Ruslan Abışov rəqibi məyus edib. 58-ci dəqiqədə Məqsəd İsayevin zərbəsi dəqiq olub.
Əlcəzair futbolçuları matçda dönüş yarada bilməyiblər - 2:0.
Millimizin finaldakı rəqibi Kamerun - Oman cütlüyünün qalibi olacaq.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.