Milli Məclisin mayın 23-də keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb tədbirlərin çoxluğu göstərilir. Ona görə də MM-in iki iclası birləşdirilərək mayın 31-də keçiriləcək.
Beləliklə də, yaz sessiyasının sonuncu iclasının gündəliyində 38 məsələ deputatların müzakirəsinə təqdim olunacaq.