Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) IV İslam Həmrəyliyi Oyunlarında dörddə bir finalda ilk görüşünü keçirib. Trend-in məlumatına görə, idmançımız yarımfinal uğrunda mübarizədə Pakistan təmsilçisi Xan Musab Akram ilə qarşılaşıb. İdmançımız 9:0 hesabı ilə rəqibinə vaxtından əvvəl qalib gələrək yarımfinalda mübarizə aparmaq şansı qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.