“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir."Azəravtoyol" ASC-dən Ucnoqta.az-a verilən məlumata görə, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri ilə əlaqədar olaraq bu axşam saat 22:00 - dan etibarən Xətai prospektində avtonəqliyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən mədudlaşdırılacaq. İşlər səhər saatlarınadək yekunlaşdırılacaq.
"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.