"Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsi qəbul edildi

15:13 - 16 May 2017 - Xəbər

Milli Məclisin bu gün keçirilən iclasında "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihə barədə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib.
17 maddə, 4 fəsildən ibarət olan qanun layihəsində ölkədə yayımlanan xarici telekanallarda reklamların qadağan olunması, Azərbaycanda kabel şəbəkələrinin kimlərin mülkiyyətində olmasının müəyyənləşməsi və sair məsələlər əks olunub.
Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər xətti