Türkiyənin Kocaeli şəhərində Avropa Karate Federasiyasının (EKF) hesabat seçki Konqresi keçirilib. Seçki nəticəsində Antonio Espinos daha 6 il müddətinə EKF prezidenti seçilib. İspaniyalı funksioner 42 mümkün səsin hamısını toplayıb. O, quruma 1997-ci ildən rəhbərlik edir. Konqres çərçivəsində EKF İcraiyyə Komitəsinə seçki də keçirilib. Nəticədə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da 11 nəfərdən ibarət İcraiyyə Komitəsinə üzv seçilib. ("Report")