Bakının "20 Yanvar" dairəsi ərazisində ara-sıra maraqlı hadisələrlə yanaşı, təəccüb doğuracaq mənzərələrə də rast gəlmək olur. Səhər saatlarında dairədə yolun ortasındakı arakəsmələrdə qalaq-qalaq zibil kisələri görmək mümkündür. Maraqlısı ondadır ki, ora yaxınlıqda hansısa iri ticarət və ya iaşə obyekti də yoxdur. Yox, əgər bu şəhərin təsərüfat işlərinə baxanların əməlidirsə, bundan xəbəri olmayan insanlarda, şəhərimizin qonaqlarında, xüsusən də əcnəbilərdə xoş olmayan təəssürat qoyur.(milli.az)