Krım Müsəlmanları Ruhani İdarəsi (KMRİ) Baxçasaray şəhərində yerləşən məsciddə vandalizm aktının törədildiyi barədə məlumat yayıb. Naməlum şəxslər məscidin qapısını qıraraq içəri daxil olublar. KMRİ-dan bildirilib ki, həmin şəxslər rəflərdən "Qurani-Kərim"in nüsxələrini götürüblər, onları parçalayıb yandırmağa cəhd ediblər: "Amma adamların namaz qılmağa gəldiyini görüncə onlar naməlum istiqamətdə qaçıblar". Polis vandalizm faktını təsdiqləyib, faktla bağlı cinayət işi başlanılıb.( "Report")