Cəlilabadda mikroavtobus aşaraq yanıb

10:31 - 4 May 2017 - HADİSƏ

Səkkiz sərnişin yanıq xəsarətləri alıb

Cəlilabad rayonunda sərnişin mikroavtobusu yanıb. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Məlikqasımlı kəndində qeydə alınıb.Mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində yanğın baş verib.
Mikroavtobusun içərisində olan 8 sərnişin yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətlərinin orta  ağır olduğu deyilir.
Fakt araşdırılır.

Xəbər xətti